XƏBƏR

ATU-da "Damar Cərrahlığının aktual məsələləri və son yeniliklər" adlı beynəlxalq konfrans keçirilir

date 13 Dekabr 2019

ATU-da "Damar Cərrahlığının aktual məsələləri və son yeniliklər" adlı beynəlxalq konfrans keçirilir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Damar Cərrahlığının aktual məsələləri və son yeniliklər" mövzusunda beynəlxalq konfrans keçirilir.

e-tibb.az-ın xəbərinə görə, konfransda çıxış edən ATU-nun prorektoru Rauf Bəylərov

mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, əhali arasında yayılmasına görə ürək-damar xəstəlikləri birinci yerdə qalmaqdadır:

"Alimlərin araşdırmalarına görə, ürək-damar xəstəlikləri arta-arta gedir. Son illərdə bu xəstəliklərin üzə çıxarılması, müalicəsi tədbirlərinin aparılması, milli proqramların qəbulu istiqamətində işlər aparılır".

ATU TCK-nın damar cərrahı, professor Məhəmməd Kərimov çıxışında bildirib ki, dünyada 70-80%  insanda venaların xroniki xəstəliyi var. Onun sözlərinə görə, ABŞ-da 175 milyon insan xroniki venoz xəstəliklərindən əziyyət çəkir. Avropada 30-70 yaşlı insanların 75%-də telangiektaziyalar və retikulyar vena xəstəliyi müşahidə olunur.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin diaqnostik və invaziv radioloqu, endovaskulyar cərrahı, professor Ahmet Memiş ürək-damar xəstəlikləri, insultlar haqda danışıb:

"20-ci yüzilliyin əsas ölüm səbəbi olan infeksion xəstəliklər 21-ci əsrdə beyin və nevroloji xəstəliklərlə yerini dəyişir. 2009-cu ildə Amerikada insult keçirən insanlara 38 milyard dollar pul xərclənib. Ötən il bu məbləğ 45 milyard dollara qədər artıb. Amerikada hər insult xəstəsi üçün 140 min dollar vəsait xərclənir".

A.Memiş vurğulayıb ki, Azərbaycanda insulta 2-3 milyard dollar məbləğində vəsait xərclənməsi vacibdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR