XƏBƏR

ATU-da 81 yaşlı qadın zəhərli zobdan əməliyyat olunub

date 4 Sentyabr 2019

ATU-da 81 yaşlı qadın zəhərli zobdan əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir riskli əməliyyat uğurla icra edilib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub.

81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun verdiyi məlumata görə, yaşlı xanım son bir il ərzində zəhərli zobdan dərman müalicəsi alıb. Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub. “Digər xəstəxanalarda onun yaşına görə əməliyyat riskli sayıldığından, buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlandı. Xəstədə total tiroidektomiya əməliyyatını icra etdik”.

A.Hümmətov əməliyyatın uğurla başa çatdığını deyib.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR