XƏBƏR

ATU-da 50 yaşlı qadına böyrək köçürülüb

date 8 Fevral 2019

ATU-da 50 yaşlı qadına böyrək köçürülüb

Azərbaycan Tibb universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub.

Klinikanın transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun sözlərinə görə, əməliyyat 50 yaşlı qadının üzərində aparılıb.

O bildirib ki, həmin qadın böyrək folikistozu irsi xəstəliyi ilə əlaqədar klinikaya müraciət edib: “Xəstənin nəslində bir neçə nəfər dializ xəstəsidir. Bizə müraciət edən qadın da il yarımdır ki, dializ xəstəsi idi. Xəstəyə yaxın qohumu  tərəfindən böyrək köçürülməsinə dair qərar verildi. Ətraflı müayinələrdən sonra orqanın toxuma uyğunluğu təsdiqləndi”.

Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstəyə böyrək köçürülməsi əməliyyatı uğurla icra olunub. Əməliyyat 5 saata yaxın müddətdə davam edib. Əməliyyatdan 3 gün sonra donor, 1 həftə sonra isə böyrək köçürülən şəxs evə yazılıb.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR