XƏBƏR

Ana südü nələrdən qoruyur?

date 4 Oktyabr 2019

Ana südü nələrdən qoruyur?

Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə hər il oktyabr ayının əvvəli “Azərbaycanda ana südü ilə qidalandırma” həftəsi qeyd edilir.

Bu həftənin qeyd olunmasında əsas məqsəd – ana südünün üstünlükləri, körpələrin sağlam inkişafında əvəzsiz rolu barədə anaları bir daha məlumatlandırmaq və ölkəmizdə ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün geniş maarifləndirmə işlərini aparmaqdır.

Bununla bağlı bir sıra tövsiyələr, maarifləndirici məlumatlar açıqlanıb. Bildirilir ki, körpəni 6 aya qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır. Altı aydan sonra körpəyə yalnız yumşaq, vitaminlərlə zəngin qidalar verin və ana südü ilə qidalandırtmağa davam edin.

Uşağın 12-14 ayından tez ana südünü dayandırmaq haqda düşünməyin.

Ana südü körpəni tənəffüs yolu infeksiyalarından, ishal və digər həyati təhlükəli xəstəliklərdən qoruyur.

 e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR