XƏBƏR

Aloe bitkisi ilə detoks təsirli qarışım - RESEPT

date 14 Mart 2019

Aloe bitkisi ilə detoks təsirli qarışım - RESEPT

Aloe vera adətən evdə bəzək bitkisi kimi yetişdirilir. Amma bu bitki həzm sistemi və başqa xəstəliklərin müalicəsində təbii tibbi vasitə kimi də istidafə olunur. Aloe vera həzmsizlik, reflüks, qəbizlik, mədə qıcıqırması və iltihablanma kimi xəstəliklərdə faydalıdır. Müxtəlif toksinləri və bakteriyaları aradan qaldırır. E-tibb.az-ın verəcəyi bu resept orqanizminizdə detoks təsiri yaradacaq. Hazırlanması isə cəmi 5 dəqiqə vaxtınızı alacaq.

Lazım olan ərzaqlar:

- 1-2 xörək qaşığı saf aloe vera geli
- Yarım xörək qaşığı limon suyu
- Bir ovuc reyhan yarpağı
- 1/4 fincan doğranmış xiyar
- 1 su stəkanı şəkərsiz hind qozu suyu
- 1 su stəkanı su

Hazırlanması:

Bütün ərzaqları blenderlə yumşaq qarışım əldə edənə qədər qarışdırın. Alınan qarışımı bir stəkana süzün. Aloe veradan başqa digər ərzaqların miqdarını ağız dadınıza uyğun olaraq azaldıb-çoxalda bilərsiniz. Bu qarışım vücudunuzda detoks təsiri yaradacaq və daha sağlam həyat tərzi keçirməyinizə kömək olacaq.

Diqqət etməli olduğunuz məqamlar:

- Hər hansı maddəyə qarşı allergiyanız varsa, bu içkini içməyin.

- Aloe veradan hazırlanan qarışımları saxlamaq olmaz. Hazırlanan kimi dərhal içilməlidir. Çünki oksidləşmə baş verir və tibbi faydaları qısa müddətdə azala bilər. Bu qarışımı hazırlayarkən təze aloe vera gelindən istifadə edin.

- Evinizdə aloe vera bitkisi yetişdirirsinizsə, günəş işığını çox alacağı yerə qoyun.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR