XƏBƏR

Alma sirkəsi arıqladırmı?

date 6 Aprel 2019

Alma sirkəsi arıqladırmı?

Arıqlamaq və detoks etmək istəyənlərin ilk seçimi adətən alma sirkəsi olur. Həzmi asanlaşdıran, hərarəti salan, dərini gözəlləşdirən alma sirkəsinin yağ yandırma xüsusiyyəti onu pəhriz saxlayanların bir nömrəli seçiminə çevirib. Bəs alma sirkəsi həqiqətən də yağları yandırıb, arıqladırmı? E-tibb.az bununla bağlı məlumatı diqqətinizə çatdırır.

Alma sirkəsi qədim zamanlardan bu günədək şəfa qaynağı kimi tanınır. Çoxları bir stəkan suya qatıb, səhər acqarına içir. Alma sirkəsi səhər acqarına içildikdə adamı uzun müddət tox saxlayır. Bundan başqa, metabolizmanı sürətləndirir və arıqlamağa kömək edir, bədəndəki toksinləri atır. Qan şəkərinin düşməsini əngəlləyərək, lazımsız, qeyri-sağlam qidaların yeyilməsinin qarşısını alar. Ancaq yaxşı olar ki, hazır almaq əvəzinə özünüz evdə hazırlayasınız.

Əgər alma sirkəsindən məhz arıqlamaq məqsədilə istifadə etmək istəyirsinizsə, miqdarına diqqət etməli, sağlam qidalanmalı və nizamlı şəkildə idman məşğul olmalısınız. Beləliklə, artıq çəkilərinizdən daha asan şəkildə qurtulacaqsınız.

İstifadə qaydası:

-1 desert qaşığı alma sirkəsi
-1 desert qaşığı təbii bal
-1 stəkan ilıq su

İlıq suyun içinə alma sirkəsi və balı qatıb, əriyənə kimi qarışdırın. Hər səhər ac qarına için. İçəndən sonra yarım saat ərzində heç bir qida qəbul etməyin. Bunu günorta və axşam yeməyindən öncə də içə bilərsiniz.

QEYD: Mədəsində problem olanların alma sirkəsindən istifadə etmək məsləhət deyil.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR