XƏBƏR

Ağcaqanadlar koronavirus yayır?

date 27 İyun 2020

Ağcaqanadlar koronavirus yayır?

Koronavirusun ağcaqanadlar  tərəfindən yayılmasına dair bir çox fikirlər səslənir. Havaların isinməsi, yay fəslinin gəlişi ilə bununla bağlı narahatlıqlar daha da artıb. e-tibb.az xəbər verir ki, İtaliya Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri isə hesab edir ki, bu narahatlığa əsas yoxdur. Yəni koronavirusun ağcaqanadlar tərifindən insanlara ötürülməsi mümkün deyil. Alimlər həşəratın infeksiyaya yoluxan insandan çəkdiyi qanın tərkibində aşkarlanan virusun genişlənməyə və ötürülməyə qadir olmadığını bildiriblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da ağcaqanadların, eləcə də qansoran digər həşəratların koronavirusun daşıyıcısı olmadıqlarını bildirib.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR