BLOQ

Zob xəstəliyi zamanı gözlərdə olan dəyişikliklər

date 21 İyul 2020

Zob xəstəliyi zamanı gözlərdə olan dəyişikliklər

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir. Qalxanabənzər vəzi boynun aşağı ön hissəsində kəpənək şəkilli vəzidir. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.

Zob xəstəliyi zamanı bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Bu toxumalarda iltihab, ödem, həcm artışı əmələ gəlir.
Qadınlarda Tiroid orbitopatiya kişilərə nisbətən 4 dəfəyə qədər daha çox rast gəlinir.

Xəstəliyin klinikası:

Zob xəstəliyi başladıqdan sonra 6 ay içində gözdə də əlamətlər başlayır (Tiroid orbitopatiya). Xəstəliyin şiddəti hormonların səviyyəsi ilə çox da əlaqəli deyil. Yəni həm hipotiroidizmdə, həm də hipertiroidizmdə, bəzən də hormonların səviyyəsi normal olsa belə xəstəlik əlamətləri görülür.
Xəstəlik yüngül, orta, ağır formada ola bilər.

Xəstəliyin əlamətləri:

Üst göz qapağının çox açılması (Qapağın retraksiyası). Bu zaman xəstədə əsəbi görünüş olur.
Gözlərdə sulanma, yanma, batma
.
Üst və alt göz qapaqlarının şişkinliyi, gözlərdə qızarıqlıq, konyuktivanın şişkinliği
Göz əzələrinin tutulumuna bağlı iki görmə (diplopiya), göz əzələlərinin hərəkəti zamanı ağrı, hərəkət məhdudiyyəti, çəplik
.
Gözün önə doğru çıxması (ekzoftalmus)

Müalicəsi:

Əgər gözdə qıcıqlanma, qaşınma varsa, soyuq kompress qoyulmalıdır.
Zob xəstəliyi olan şəxslərdə gözlər
Günəşin ultrabənövşəyi şüalarına qarşı həssas olur. Gözlıri həm Günəşdən, həm də küləkdən qorumaq üçün gün eynəyi taxılmalıdır.
Yatağın baş hissəsini qaldırmaq lazımdır. Belə olduqda gözlərdə olan təzyiq hissi və şişkinlik azalır.
Göz quruluğunu aradan qaldırmaq üçün süni göz yaşı damlalarından və gellərindən istifadə olunmalıdır.
Əgər xəstədə iki görmə problemi varsa və müayinə zamanı prizmatik gözlüklərlə düzəlmə
yaranırsa, prizmatik gözlüklər təyin olunur.
Belə xəstələrdə bəzən göz təzyiqi yüksək ola bilər. Bunu aradan qaldırmaq üçün xəstə  davamlı nəzarətdə olmalı, lazım gəldikdə dərman müalicəsi təyin olunmalıdır.

Yerli və sistemik dərman müalicəsinə steroidlər, immunsupressiv dərmanlar aiddir.


Cərrahi müalicə: 

Tiroid orbitopatiya zamanı göz qapaqlarındakı dəyişiklikləri, gözün önə çıxmasını, çəpliyi aradan qaldırmaq üçün əməliyyat icra olunur.
Göz qapağının çox açılmasını (retraksiyasını) aradan qaldırmaq üçün blefarotomiya əməliyyatı icra edilir.  Əgər görmə sinirinin sıxılması (dekompressiyası), göz almasının önə çıxması (ekzoftalmus) varsa, göz yuvasının dekompressiyası əməliyyatı olunur.

 

Mehriban Əlizadə-Oftalmoloq, Uzman həkim

E-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR