XƏBƏR

Yüksək təzyiq xəstələri üçün ən uyğun diet açıqlanıb

date 20 May 2020

Yüksək təzyiq xəstələri üçün ən uyğun diet açıqlanıb

Hipertoniya xəstələri üçün ən təsirli pəhriz açıqlanıb.

e-tibb.az xəbər verir ki, ABŞ-dan olan alimlər yüksək təzyiq xəstələri üçün 2 pəhrizin faydalarını müqayisə ediblər. Daha çox tərəvəz və meyvələrin üstünlük təşkil etdiyi pəhriz proqramı və DASH proqramı seçilib. Nəticədə alimlər hipertoniya xəstələri üçün hansı məhsulların ən uyğun olduğunu aşkar ediblər.
Tədqiqat Bostondakı tibb mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Elmi işlərin nəticələri 
ixtisaslaşdırılmış "Daxili xəstəliklər" nəşrində dərc olunub.

DASH pəhrizi ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun əməkdaşları tərəfindən tərtib olunub. Bu pəhriz, yağ tərkibi az olan meyvə, tərəvəz, dənli bitkilər, süd məhsullarının istifadəsinə əsaslanır. Bundan əlavə, pəhriz proqramı ət, balıq, qoz-fındıq istifadəsini də nəzərdə tutur. Bu pəhrizdə qırmızı ət, eləcə də şəkər və yağ çox olan qidaları yemək tövsiyə olunmur. Bu, həmin qidaların ürək-damar sisteminə zərərli olması ilə əlaqələndirilir.
Tədqiqatın iştirakçısı kimi ürək və damar problemləri olan 326 nəfər seçilib.
Könüllülər üç qrupa ayrılıb. Birinci "komanda"nın üzvləri DASH pəhrizi, ikincinin iştirakçıları meyvə-tərəvəzə əsaslanan pəhrizlə qidalanıb, üçüncüsü qrupda olanlar isə yemək vərdişlərini dəyişməyiblər. Nəticədə məlum olub ki, birinci və ikinci qrup könüllülərin qan plazmasında daha az iltihab ocaqları var. Beləliklə, qidalanma mütəxəssisləri bol meyvə və tərəvəzlə birlikdə DASH pəhrizinin hipertoniya xəstələri üçün faydalı olduğu qənaətinə gəliblər.