XƏBƏR

Ən çox qeydə alınan və yoluxma halları azalan, qeydə alınmayan xəstəliklər hansılardır?

date 21 Yanvar 2021

Ən çox qeydə alınan və yoluxma halları azalan, qeydə alınmayan xəstəliklər hansılardır?

Ötən il ən çox qeydə alınan xəstəliklər açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR