XƏBƏR

Yol qəzaları zamanı ölüm riskini azaltmaq yolları - 4 TÖVSİYƏ

date 18 Sentyabr 2020

Yol qəzaları zamanı ölüm riskini azaltmaq yolları - 4 TÖVSİYƏ

Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməklə riskləri azaltmaq olar.

e-tibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) risklərin azaldılması ilə bağlı infoqrafiya hazırlayıb. Bildirilir ki, motosiklet qəzaları zamanı baş və beyin zədələnmələrinin, ölüm hallarının azaldılmasın üçün ən effektiv üsul dəbilqələrin (şlem) başa taxılmasıdır.

Düzgün istifadə olunan təhlükəsizlik kəmərləri qəza zamanı ölüm riskini 61% azaldır.

Uşaqlar üçün xüsusi oturacaqların istifadəsi yol qəzaları zamanı uşaq ölümünü 35%-dək azalda bilər.

Piyadalar və velosipedçilərin parlaq və ya işığı əks etdirən geyimi onları qaranlıq vaxtı daha görünən edir, bu, qəzaların qarşısının alınmasına səbəb olur.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR