10 Aprel 2020
Covid-19 pandemiyasının başlanğıcında virusun hədəf nöqtəsinin tək ağciyərlər olduğu düşünülürdü. Lakin zamanla virusa yoluxmuş xəstələrin 10,5%-də kəskin kardiak zədələnmə - miokardit, kəskin ST elevasiyalı miokard infarktı müşahidə olundu.
Bunu e-tibb.az-a Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Hətəmova açıqlayıb.
Kardioloq bildirib ki, virusa yoluxmuş xəstələrin əksəriyyəti 30-79 yaş arasında olanlardır, ortalama yaş həddi isə 49-59 yaş aralığındadır. İndiyə kimi dünya əhalisinin 1,533,897 nəfərində virus aşkarlanıb, onlardan 89,752 nəfər virusdan dünyasını dəyişib, 337,517 nəfərdə isə sağalma müşahidə olunub. Virusa yoluxmuş xəstələrin 80.9 %- vəziyyəti yüngül, 13.8 % ağır, 4,7 %-də isə vəziyyət kritik olaraq dəyərləndirilib:
“Başlanğıcda virusun hədəf nöqtəsinin tək ağciyərlər olduğu düşünülürdü. Lakin zamanla virusa yoluxmuş xəstələrin 10,5%-də kəskin kardiak zədələnmə - miokardit, kəskin ST elevasiyalı miokard infarktı müşahidə olundu. Koronavirusa yoluxmuş ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrdə toxumaya lazımi oksigeni daşımaq üçün daha çox işləyən “xəstə ürək” zamanla öz gücünü itirir, nəticədə gücsüzləşir.
Buradan belə qənaətə gəlmək olar ki, COVİD-19 virusu tək ağciyər toxumasını deyil, ürək əzələsini də ölümcül zədələyərək həyatın sonlanmasına səbəb olur. Bunun üçün də ürək-damar xəstəliyindən və arterial hipertoniya xəstəliyindən əziyyət çəkən xəstələr xüsusi risk qrupu hesab olunurlar".
Kardioloq deyib ki, bu qrupda olan xəstələrin evdə qalmaları, karantin və şəxsi gigiyena qaydalarına ciddi əməl etmələri, təcili durum olmadığı təqdirdə həkim nəzarəti ilə dərman müalicəsini evdə davam etdirmələri, təkrar müayinəyə getmə vaxtını uzatmaları tövsiyyə olunur.
Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur
17 Yanvar 2021Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb
18 Yanvar 2021Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
22 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Südün tərkibi: İnək, camış, qoyun və keçi südünün fərqləri
17 Yanvar 202118 saatlıq aclıqla nəyə nail olmaq olar?
15 Yanvar 2021Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
19 Yanvar 2021Kimlər peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstərişlər var?
23 Yanvar 2021Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?
22 Yanvar 2021