1 Avqust 2020
Yayda uşaqlarda mədə-bağırsaq pozuntularına da geniş rast gəlinir. Çox zaman qida zəhərlənmələrindən, eləcə də infeksiyalardan qaynaqlanan bu pozuntular ağır fəsadlara da yol açır. Uşaqları bu problemlərdən necə qorumaq olar?
e-tibb.az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF-in və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı tövsiyələrini təqdim edir:
Süd məhsulları ilə ehtiyatlı olmaq vacibdir. Yayda uşaq qidasına aid olan südlü məhsullarda-sıyıq və ya dondurmalarda, kremli şirniyyatlarda bakterial floranın sayı çox sürətlə artır, toksiki maddələr əmələ gəlir. Süd məhsullarını qış aylarında soyuducudan kənarda 3-4 saat saxlamaq mümkündürsə, yayda bir saatdan artıq saxlamaq mümkün deyil. Qidanın tərkibindəki bakteriyalar sürətlə inkişaf edərək toksiki xarakter alır.
Xarab qidanı qəbul etdikdən 1-2 saat sonra mədəyə böyuk miqdarda mikrob daxil olaraq qızdırma, titrəmə və qusmaya səbəb olur. Vaxtında uşaqlara düzgün yardım göstərilmədikdə isə bu, mədə-bağırsaq pozuntusu, sinir sisteminin sıradan çıxması və hətta qıcolma ilə nəticələnə bilər.
⠀
Analara məsləhət görülür ki, yemək hazırlayarkən onun keyfiyyətinə və temperaturuna, sanitar-gigiyenik qaydalara fikir vermək lazımdır. Yemək hazırlamamışdan öncə əllər yuyulmalıdır, əks halda dizenteriya xəstəliyinə yoluxma təhlükəsi ola bilər.
Mədə-bağırsaq pozuntusu ən çox 3 yaşlı uşaqlarda olur. Qida rasionuna fikir vermədən bir neçə çeşiddə olan qidanı ardıcıl yeyəndədə həm uşağın, həm də böyüklərin səhhətində problemlər yaranır.
Qeyd olunub ki, havanın hərarəti nəzərə alınmalıdır. Uşaqlar temperatura çox həssas, isti və soyuğa dözümsüz olurlar. Yayda ana isti havaya arxayın olaraq uşağa soyuq qida verir. Külək, qəfil hava axını nazik geyinmiş, ya da qalın geyinib tərləmiş uşağa pis təsir edir. İstidə uşaqlar küçədə oynadıqdan sonra evə qaçaraq dərhal soyuq su içməyə tələsir. Belə hallarda valideynlər xüsusilə diqqətli olmalıdırlar.
Daha sonra qeyd olunub ki, yayda uşaqları su vannasına öyrətmək yaxşıdır. Bu, immuniteti artırır, dərini təmizləyir, qan dövranını yaxşılaşdırır. İmkan olduqda uşaqlar hər gün çimməlidirlər. Uşaqları kölgədə olmaq şərtilə açıq havada gəzdirmək də faydalıdır.
Səhərlər yol verilən yanlışlar - Yuxudan duran kimi nələri etmək olmaz?
11 Yanvar 2021Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar - Bu əlamətlərə DİQQƏT!
13 Yanvar 2021Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi - Angioqrafiya haqda bilmədiklərimiz
8 Yanvar 2021Şərabın başqa alkoqollu içkilərdən fərqi
13 Yanvar 2021Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR
9 Yanvar 2021Mütəxəssis: "Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir"
12 Yanvar 2021Öd daşları nədən yaranır?
12 Yanvar 2021Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Azərbaycanlı alim: “Əvvəl 10 adam 8 nəfəri virusa yoluxdururdusa, indi 10 adam 14 nəfəri yoluxdura bilər”
13 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021