XƏBƏR

Yaşyarımlıq uşaq üzərində qeyri-adi əməliyyat aparılıb

date 22 İyun 2020

Yaşyarımlıq uşaq üzərində qeyri-adi əməliyyat aparılıb

Bakıda azyaşlı üzərində qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub.

e-tibb.az xəbər verir ki, ailəsi tərəfindən cinsiyyəti şübhəli görünən 1 yaş 6 aylıq uşaqla bağlı Bakı Sağlamlıq Mərkəzinin (BSM) Uşaq cərrahiyyəsi şöbəsinə müraciət olunub. BSM-nin yaydığı məlumatda bildirilir ki, uşağa “Konjenital Adrenal Hiperplaziya” diaqnozu qoyulub. Xəstəxanada keçirilən müayinə və analizlər nəticəsində, genetik olaraq daxili orqanlarının və genetikasının qız olduğu məlum olub. Sadəcə, xarici orqanlarının görünüşü oğlan kimi formalaşıb.

Qeyd olunub ki, bu tip pasiyentlər həkim-psixoloq ve həkim-endikronoloqun qəbulundan sonra həkim nəzarəti ilə genetik analizlərdən keçirilirlər. Sonra pasiyent cərrahi əməliyyata alınıb. Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoruToğrul Ömərov pasiyentə Total Urogenital Mobilizasiya, Labioplastika, Klitoraplastika əməliyyatları icra edib. 5 saat davam edən əməliyyat nəticəsində tam görünüş bərpa olunub. Uğurlu əməliyyat nəticəsində pasiyent sağlamlığına qovuşub.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR