24 Sentyabr 2019
Demensiya bir simptomlar qrupunu təsvir etmək üçün istifadə edilən termindir. Bu simptomlara yaddaşın tədricən zəifləməsi, ünsiyyət problemləri ilə birgə səbəb-nəticə, düşünmək bacarıqlarının azalması daxildir. Bu simptomlara müxtəlif faktorlar və xəstəliklər səbəb ola bilər. Demensiyanın bir çox əlamətləri var və inkişaf riski yaşla bir yerdə dramatik şəkildə artır. Demensiyanın proqressiv inkişaf etməsinə baxmayaraq, hər insan özünə məxsus şəkildə bu halı yaşayır.
Demensiyanın simptomları
Yaddaşın itirilməsi – dükandan evə gələn yolu unutma və ya yaxşı bilinən yolu xatırlamamaq;
Adları və yerləri xatırlaya bilməmək;
Danışmaq, oxumaq, yazmaq qabiliyyətlərinin azalması;
Emosional dəyişikliklər – xüsusi ilə beynin emosiyalara nəzarət edən hissəsinin zədələnməsi olanlarda. Demensiyalı insanlar da qorxu, kədər, qəzəb, sevinc hisslərini yaşaya bilirlər. Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə başqalarından asılı vəziyyətə düşürlər.
Diaqnoz necə qoyulur?
Diaqnoz gələcəyinizi planlaşdırmada xüsusi rol oynayacaq. Nə edəcəyinizi daha yaxşı biləcəksiniz. Yeni müalicələrdən faydalana biləcəksiniz. Digər sosiyal və sağlamlıq ehtiyacları müəyyən ediləcək və lazımi tədbirlər görülə biləcəkdir.
Demensiyanın sadə bir testi yoxdur. Çox vaxt digər səbəbləri istisna etməklə diaqnostika həyata keçirilir. Bu zaman həkiminiz infeksiya, vitamin çatışmazlığı, tiroid vəzi problemləri, beyin şişləri, dərmanların yan təsirləri və depressiyanı istisna etməyi planlaşdırır. Sadalananlardan bəziləri müalicə olduğuna görə yuxarıdakıları araşdırmaq vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hal-hazırda dünyada 47,5 milyon insan demensiya xəstəliyindən əziyyət çəkir. 2050-ci ilə qədər bu rəqəmin 135 milyon olacağı deyilir.
Demensiya zamanla beynə zərər verir. Ən çox görülən demensiya növü Alzheimer xəstəliyidir və bunun üçün gen və çevrədən bir çox faktor sadalansa da, dəqiq səbəbi bilinmir. Başqa bir çox rast gəlinən demensiya növünün səbəbi isə yüksək qan təzyiqinin beyinə vurduğu zərbələrin təsirindən yaranan Vaskular demensiyadır.
Demensiyanın müalicəsi necə aparılır?
Demensiyanın bütün növləri proqresiv xəstəlikdir və müalicədə əsas məqsəd bu prosesi ləngitməkdən ibarətdir. Əsas yanaşma psixososial yardım və dərman müalicəsindən ibarətdir.
Fuad Bəşirov – Psixiatr, Uzman Həkim
Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur
17 Yanvar 2021Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb
18 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
22 Yanvar 202118 saatlıq aclıqla nəyə nail olmaq olar?
15 Yanvar 2021Südün tərkibi: İnək, camış, qoyun və keçi südünün fərqləri
17 Yanvar 2021Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
19 Yanvar 2021Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?
19 Yanvar 2021Virusa yoluxub sağalanlarda qoruyucu immunitet nə qədər davam edir?
19 Yanvar 2021