XƏBƏR

Xəstəliyin əlamətləri və təsirləri qadınlarda daha uzun çəkir

date 21 Oktyabr 2020

Xəstəliyin əlamətləri və təsirləri qadınlarda daha uzun çəkir

Koronavirusa yoluxan qadınlarda simptomların daha uzun zaman çəkdiyi məlum olub.

e-tibb.az xəbər verir ki, London Kral Kollecində 4 milyondan çox vətəndaşın istifadə etdiyi "Covid Symptom Study" tətbiqindən faydalanaraq bir tədqiqat aparılıb.

Bu tədqiqat qadınların virusun təsirlərini kişilərdən daha uzun müddət hiss etdiklərini sübut edib. Qadınların yaşının 50-dən çox olması, artıq çəki və astma xəstəliyi Covid-19 təsirlərini uzun müddət hiss etmək baxımından risk amilləridir. Tətbiq məlumatları hər 10 nəfərdən birinin 1 ay sonra, hər 50 nəfərdən birinin isə 3 aydan sonra Covid-19 təsirindən əziyyət çəkdiyini göstərib.

Tədqiqat qrupundakı həkimlərdən biri Claire Steves deyib ki, ilkin məlumatlarda, kişilərin xəstəliyi daha ağır keçirdikləri, Covid-19-dan ölüm riskinin onlarda daha yüksək olduğu məlum olub. Onun sözlərinə görə, qadınların da uzun müddət Covid-19 riski altında olduqlarını demək olar.

O, Covid-19-un ilk həftəsində 5-dən çox simptomun mövcudluğunun, xəstəliyin uzanmasında əsas risk faktorlarından biri olduğunu qeyd edib.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR