XƏBƏR

Virusun necə yayıldığı göstərilib-VİDEO

date 25 Oktyabr 2020

Virusun necə yayıldığı göstərilib-VİDEO

Pandemiya dövründə maskalar dünyada insanlar üçün ümumi bir atribut halına gəlib. Artıq çoxsaylı tədqiqatlar maskanın koronavirusun yayılmasını müəyyən dərəcədə qarşısının aldığını sübut edib. Ancaq virus təhlükəsi gözlə görünmədiyinə görə, yoluxmanın, qoruyucu mexanizmin necə içlədiyini gözlə görmək mümkün deyil.

e-tibb.az xəbər verir ki, yapon alimləri bunu göstərmək üçün Fugaku superkompüterindən istifadə ediblər. Onlar maskasız danışarkən, mahnı oxuyarkən və ya öskürən zaman virus hissəciklərinin hərəkətini simulyasiya ilə nümayiş etdiriblər.

Tədqiqat qrupunun rəhbəri Kobe Universiteti - RIKEN-in professoru Makoto Subokura bildirib ki, insanlar virusun necə yayılığını bilsə və onun necə hərəkət etdiyi görünsə təhlükənin ciddiliyini özləri təsəvvür edər və qorunma tədbirlərinin ciddiliyini elmi şəkildə düşünə bilərlər.

Tədqiqat nəticələri göstərir ki, daha yüksək rütubət kiçik aerozol hissəciklərinin sayının artmasına səbəb olur. Fərqli qoruyucu vasitıləri müqayisə edən alimlər maskaların ən təsirli olduğu qənaətinə gəliblər.

Amma hesab olunur ki, burada onlardan düzgün istifadə və sosial məsafənin qorunması da effektivliyi artırır. Qeyd olunub ki, böyük virus hissəcikləri onun daşıyıcısının yanında yerə düşür və çox uzağa hərəkət etmələri mümkün deyil.

VİDEO:

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR