XƏBƏR

Uşaqları viruslardan qorumağın yolları - Pediatrdan ÇAĞIRIŞ

date 30 Dekabr 2019

Uşaqları viruslardan qorumağın yolları - Pediatrdan ÇAĞIRIŞ

 

"Həyatımızda ilk dəfədir ki, bu cür güclü, təhlükəli və çox dirəncli bir virusla üz-üzəyik. Söhbət 7-8 günədək 39,5-40°C hərarətə səbəb olan bir xəstəlikdən gedir. Hərarətlə bərabər çox güclü bronxitə və nəticə olaraq böyük miqdarda sarımtıl-yaşıl yapışqan bəlğəm ifrazına gətirib çıxarır".

e-tibb.az-ın xəbərinə görə, bunu həkim-pediatr Aysel Hacıağayeva sosial şəbəkədə açıqlayıb.

Pediatr bu hallarda ümumilikdə nələr etmək lazımdır sualına cavab olaraq aşağıdakıları açıqlayıb:

Epidemiyanın çox geniş yayılmış olduğu zamanlarda insanların çox olduğu, insan sıxlığı yüksək olan ictimai yerlərə, qapalı məkanlara uşaqları aparmayaq.

İctimai nəqliyyata uşaqla minməyək.
Marketlərə kəskin ehtiyac olmadıqca uşaqlarla getməyək.
İndi hər yerdə yüzlərlə uşağın getdiyi şənliklərdən mümkün qədər uzaq olaq.
Hər insana uşağı öpməyə icazə verməyək.
Evimizdə körpə olduğu üçün yaxınlarımıza xəstəykən evə gəlməməyi xahiş edək.
Epidemiya vaxtı uşağı poliklinikaya aparmayaq (çünki növbədə gözləyən uşaqların 90%-i xəstəlik səbəbindən gəlir).
Həkim müayinəsinə ehtiyac duyduqda, zəng edək və evə çağıraq.
Bağçaya gedən uşaqları bir müddət evdə saxlayaq ki, evə virus gətirib körpəni yoluxdurmasın.
Özümüzdə nasazlıq hiss edən kimi ertələmədən tədbir görməyə başlayaq…

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR