XƏBƏR

Uşaqlarda uzun çəkən cərrahiyyə əməliyyatları  təhlükəlidir?

date 21 Fevral 2020

Uşaqlarda uzun çəkən cərrahiyyə əməliyyatları təhlükəlidir?

Kiçik yaşlı uşaqlar üzərində aparılan cərrahiyyə əməliyyatlarının daha riskli olduğu, əsasən də anesteziyanın və əməliyyat müddətinin uzunluğunun fəsadlara səbəb olduğu hər zaman deyilir. Çoxları hesab edir ki, əməliyyat nə qədər uzun çəkərsə, narkoz verilmə müddəti nə qədər uzanarsa, bu, uşaqda bir o qədər mənfi izlər buraxır.

Doğrudan da belədirmi? Bu hallar uşaqlarda hər hansı fəsada səbəb olurmu?  

e-tibb.az bu mövzu barədə uşaq cərrahı, uzman həkim Aqil Abilovun açıqladığı fikirləri təqdim edir.

Həkimin sözlərinə görə, uşaq cərrahiyyəsində əməliyyatların müddəti əhəmiyyətli deyil. Önəmli olan əməliyyatdan sonra problemin olmamasıdır: “Keçmişdə bu, anesteziyanın sağlamlığa ciddi zərərləri ilə bağlı belə deyildi. Ancaq modern tibdə yeni nəsil anesteziya preparatları ilə risklər ortadan qalxıb.

Məsələn, qasıq yırtığı əməliyyatı 30 dəqiqə ərzində də bitə bilər, 2 saat da çəkə bilər. Bu, kisənin genişliyinə, yapışıqlığa, əlavə anomaliyalara bağlı dəyişə bilir”…

Uşaq cərrahı deyib ki, əməliyyat müddəti xəstənin sağlamlığı üçün heç bir əhəmiyyət kəsb etmir: “Əsas odur ki, cərrah əməliyyat bitəndə dönüb geriyə baxmağa ehtiyac olacaq bir şübhə içində qalmasın. Əlbəttə, əməliyyatxana şəraiti və anestezioloq burada çox önəmli faktordur. Çünki, 1 yaşdan aşağı uşaqlarda otaq temperaturu belə, çox önəmlidir. Mən bunları hər bir təchizatı olan xəstəxanalar haqqında deyirəm”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR