XƏBƏR

Uşaqlarda hərarət varsa necə davranmaq lazımdır?

date 3 Aprel 2020

Uşaqlarda hərarət varsa necə davranmaq lazımdır?

"Əgər uşaqda hərarət varsa- fərqi yoxdur 37, 37,5, 38- onda koronavirus ehtimalı ola bilər. Amma həyəcanlanmayın. Uşaqlar bu virusu digər qrip infeksiyaları kimi əlamətsiz, yüngül, orta və ağır keçirə bilər. Ağırlaşma immunitet çox zəifləmiş hallarda mumkundur".

e-tibb.az xəbər verir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb.

Pediatr bildirib ki, əsasən leykoz xəstəliyindən əziyyət çəkən, yaxud revmatoid artiti və s. autoimmun xəstəliyi olan uşaqlar da yaşlı insanlar kimi risk qrupundadır, onlara qarşı həsass olmaq lazımdır: “Əgər uşağın hərarəti varsa, evdə də yaşlı nənə-baba varsa, həm də şəkər, təzyiq, ya başqa bir xəstəlikdən əziyyət çəkirlərsə, uşaq onlar üçün təhlukə ola bilər. Daha doğrusu, uşaqdakı hərarətə səbəb kimi ehtimal etdiyimiz koronavirus”.

Həkim bildirib ki, belə hallarda önləyici tədbir olaraq təcili yardıma müraciət etməyi tövsiyə edib: “İlk növbədə uşağa görə deyil, yaşlılara görə narahat olmalıyıq. Çünki uşaq xəstəliyi "adi qrip" kimi keçirə biləcək. Yaşlıları düşünərək 103 Təcili Tibbi Yardıma zəng edək. Onlar gəlir və analiz göturur. Qorxmayın! Heç yerə aparmır. Sizə iki gunə Covid-19 testinin cavabı deyiləcək...

Evdə yaşlı adam yoxdursa da yenə 103-ə muraciət edin. Sırf infeksiya araşdırılması üçün. Ola bilər ki, valideynlərdə virus var, onlar əlamətsiz keçirir, uşaqda isə əlamət var. Çünki valideynlər əlamət hiss etmədiklərinə görə, öz valideynləri, yaxud ətrafdakı yaşlı insanlarla kontaktda ola bilərlər”...

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR