MÜSAHIBƏ

Uşaqlarda tez-tez yaranan boğaz, burun iltihabı...Həkimdən AÇIQLAMA - VİDEO

date 12 Sentyabr 2019

Uşaqlarda tez-tez yaranan boğaz, burun iltihabı...Həkimdən AÇIQLAMA - VİDEO

Havaların soyuması, payız-qış mövsümünün başlanması ilə bağlı uşaqlarda ən çox rast gəlinən problem boğaz, burunda iltihab yaranmasıdır.

Bunu e-tibb.az-a video açıqlamasında qulaq, burun, boğaz, baş və boyun cərrahı, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Yusif Hacıyev deyib.

Həkim bildirib ki, bu zaman ən önəmli məsələ belə halların təkrarlanma göstəriciləridir: “Uşaq xəstələnən kimi burun, boğaz ətini kəsdirmək lazımdır deyilməsi yanlışdır. Burada bəlli kriteriyalar var, həmin kriteriyaları nəzərə almaq lazımdır”.

Mütəxəssis həmin kriteriyaların nədən ibarət olduğunu, əməliyyata nə vaxt göstəriş olduğunu  açıqlayıb. Onun sözlərinə görə, uşaqlarda xəstələnmə sıxlığı azdırsa, məsələn, burun, boğazda ildə bir dəfə iltihabi proses baş verirsə, ondan əvvəl heç vaxt belə bir hal olmayıbsa, əməliyyata göstəriş yoxdur.

Həkim, bağçaya, məktəbə gedən uşaqların tez-tez xəstələnməsi halları, bunun səbəbləri barədə də danışıb, valideynlərə müraciət edib: “Uşağı ilk dəfə bağçaya, məktəbə gedən valideynlərin əksəriyyəti belə bir halla qarşılaşacaqlar-uşaqlar tez-tez xəstələnməyə başlayacaq. Bu, çox klassik və yayılan problemdir. Adətən valideynlər deyir ki, uşaq bağçaya, məktəbə gedən kimi xəstələnir, sağalmır. Bu, xüsusilə şəhər mühitində, daha çox izolyasiya olunaraq böyüyən uşaqlarda təsadüf olunan haldır. Həmin uşaqlar cəmiyyətə qarışan kimi belə bir mənzərə yaranır. Hər uşaq evində olan virus, bakteriya mühitini bağçaya, məktəbə gətirir və uşaqların bədəni yeni mikroorqanizmlərə reaksiya verir. Bu mərhələ 6 ay, 1 il arasında dəyişir. Ailə, valideynlər bu müddətdə səbrli olmalıdırlar. Yavaş-yavaş bu problemlər azalmağa doğru gedəcək. Təbii ki, bu müddətdə həkimə müraciət olunmalıdır”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR