XƏBƏR

Uşaqlar dırnaqlarını niyə yeyir?

date 18 Yanvar 2020

Uşaqlar dırnaqlarını niyə yeyir?

Uşaqlarda dırnaq yemə vərdişi ailələri ən çox narahat edən hallardan biridir. Kiçik yaşlardan davam edən bu vərdiş bəzən sonradan yeniyetməlik, hətta gənclik yaşlarına qədər davam edir. Dırnaq yemək vərdişi nədədn yaranır? Bunun qarşısını necə almaq olar?

e-tibb.az bununla bağlı pdiatr-neonatoloq, uzman həkim  Altay Abdullaoğlunun paylaşdığı tövsiyələri təqdim edir:

Uşaqlar adətən valideynlərinin diqqətini çəkmək üçün bunu edirlər. Bəzən də uşaqda dırnaq yemə vərdişi heç bir səbəb olmadan ailədə və ya dostlarında olan davranışın təkrarlanması nəticəsində də meydana çıxa bilər. Səbəb bu deyilsə, uşağın dırnaq yeməsinə səbəb olan stress mənbəyini aşkarlamaq lazımdır. Ailə daxilində narahatlıq, valideynlər arasında gərginlik, evdə tez-tez baş verən davalar, boşanma və ayrılıqlar bu stressi yarada bilər.

Daimi olaraq uşağın dırnaq yeməsinin müzakirə olunması bu stressi daha da artıra bilər. Ona görə bu məsələyə sevgi və nəvazişlə yanaşmalısınız. Görməməzliyə vurun və sevgini, diqqəti artırın. Uşağın ən çox nə zaman dırnağını yediyinə diqqət edin: qorxanda, yoxsa həyəcanll olanda edir?

Bunu müəyyənləşdirib, səbəbi aradan götürün. Uşağın əllərini məşğul edəcək işlər planlayın. Onların dırnaqların səliqəli kəsib, hamarlayın, kremləyin və bununla da onlarda əllərinə qulluq etmək vərdişini formalaşdırın. Ən ümdəsi, uşaqlarda inam yaradın. Həm özünə, həm ətrafına inamlı olan uşaq stressdən uzaq olar.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR