XƏBƏR

Uşaqda autizm olduğunu necə bilmək olar? – ƏLAMƏTLƏR

date 2 Aprel 2020

Uşaqda autizm olduğunu necə bilmək olar? – ƏLAMƏTLƏR

Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir.

e-tibb.az xəbər verir ki, 2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Günü ilə bağlı Səhiyyə Nazirliyinin İctiamai Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda məlumatda bildirilir.

Qeyd olunub ki, autizm uşaqlarda erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət zamanı problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan hərəkətlərlə müşayiət olunan ümumi inkişaf geriliyidir.

Uşaqda autizmin əlamətləri:

 ∙ Göz təması məhduddur

və ya yoxdur.
∙ Ətrafa laqeyddir.
∙ Adına reaksiya vermir.
∙ Çox hərəkətli və ya hərəkətsiz olur.
∙ Bəzi uşaqlar fiziki təmasa
(öpmək, qucaqlamaq və s.)
icazə vermir, ya da xoşu gəlmir.
∙ Əksər hallarda insanlara deyil,
cansız varlıqlara meyilli olur.
∙ Sosial və psixoloji baxımdan
özünü təcrid edir.
∙ İstədiyi şeyi barmağı ilə göstərmir.
∙ Oyuncaqlarla oynamağı bacarmır.
∙ Yaşıdlarının oynadığı
oyunlara maraq göstərmir.
∙ Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir.
∙ Nitq inkişafı cəhətdən yaşıdlarından
geridə qalır.
∙ Gözləri bir səmtə zillənib qalır.
∙ Bəziləri çox inadcıldırlar.
∙ Yemək yemə problemləri olur.
∙ Müəyyən əşyalara lazımsız yerə bağlanır.
∙ Səbəbsiz yerə stresli və məyus olur.


KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR