XƏBƏR

Uşaq başını qaşıyırsa, bitdən şübhələnmək olar

date 12 Fevral 2020

Uşaq başını qaşıyırsa, bitdən şübhələnmək olar

Uşaq başını qaşıyırsa, bitdən şübhələnək yoxlamaq lazımdır.

e-tibb.az xəbər verir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb.

Onun sözlərinə görə, uşağının başında bit olanda ananın utanması, bunu gizlətməsi, buna özünün səhvi kimi yanaşması yanlışdır.  

Bit barədə bəzi miflərin olduğunu açıqlayan pediatr qeyd edib ki, bit heç də natəmizlikdən xəbər vermir. Eləcə də bit yağış suyundan yaranmır, ölmüş bit sirkələri yenidən dirilmir: “Bit yaşamaq üçün insan qanına ehtiyac duyan bir həşəratdır. Bədəndən kənarda iki saat canlı qala bilir. Bağçalarda, məktəblərdə yəni uşaqlar arasında daha sıx görülür, çünki orda uşaqların oyun tərzi, başların bir-birinə toxunması, ortaq oyuncaqlar və s. buna imkan yaradır. Hətta geyimlər yaxın asıldıqda belə, keçir.
Bit qanı sorarkən yerində allergik reaksiya olur və qaşınma yaranır. Əgər uşaq başını qaşıyırsa yoxlamaq lazımdır. Bit olduğunu biləndə isə gizlətmək lazım deyil, əksinə başqa uşaqlara da keçməsin deyə tədbirli olmaq gərəkdir. Bit qaşıntısı usaği ciddi narahat edir.

Sirkə bitin yumurtasıdır. Sirkə ayrıca bir həşərat deyil. 7-8 gün sonra bu yumurtalardan bit çıxır. Bunu hamının bilməsi vacibdir. Bitləri indi öldürürüksə, bir həftə sonra yenə bit görəndə çaşmayaq. Çünki sirkələr dərmanın təsirindən məhv olmaya bilir və 7-8 gün sonra ordan bit çıxır.

Uşaqların, əsasən də qız uşaqlarının bit var deyə saçını çox qısa kəsmək olmaz. Yaxşı olar ki, bit vaxtında aşkar edilsin və düzgün  tədbir görülsün.

Əziz analar, bit sizin analıq peşəkarlığınıza xələl gətirə bilməz. Amma bit vaxtında aşkar edilmirsə, uşaqla birgə simbioz həyat sürməsinə imkan yaranırsa, ana günahkardır”.

Bəs biti necə təmizləmək olar?

Həkim bildirib ki, antibit şampunları effektsizdir, bitə hər hansı təsir edə bilməz: “Bit ya sirkənin mexaniki təmizlənməsi də uşağı incidir və məntiqli deyil. Bunun üçün pedeks məhlulu çox yaxşıdır. Amma gərək 7-8 saat uşağın saç diblərində qala”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR