XƏBƏR

Uşaları KT müayinəsi etmək olarmı?-Pediatrdan XƏBƏRDARLIQ: "Onların sonrakı taleyini düşünün"

date 16 Dekabr 2020

Uşaları KT müayinəsi etmək olarmı?-Pediatrdan XƏBƏRDARLIQ: "Onların sonrakı taleyini düşünün"

"Evdə Covid pozitiv bir şəxs olan kimi uşaqlarınızı kompüter tomoqrafiya mayinəsinə aparmayın".

 

E-tibb.az xəbər verir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Həkim vurğulayıb ki, kompüter tomoqrafiya müayinəsi məcburiyyət yoxdursa aparılmamalıdır: “Bu həssas zamanda bir neçə məsələyə toxunmağı özümə borc bilirəm. Mən öz sahəm üzrə -18 yaşa qədər uşaqların sağlamlığı və xəstəlikləri ilə əlaqəli mövzuya toxunuram. Kompüter tomoqrafiya məcbur qalmadıqca çəkilməməlidir”.

Onun sözlərinə görə, kompüter tomoqrafiya müayinəsi 120-150 Rentgen qrafiyası gücündə şüalandırıcı radiasiyadır: “Uşağın sonrakı taleyini düşünün, onu bədxassəli şiş yaranma riski ilə üz-üzə qoyursunuz. Uşağın testi pozitiv olsa belə, şikayəti yoxdursa və göstəriş olmadıqda tomoqrafiya çəkilməsinə ehtiyac yoxdur”.

Pediatr bildirib ki, testi pozitiv çıxan analar uşaqlarını əmizdirə və ya südü sağıb verə bilərlər: “Ancaq maska taxmalı, əl dezinfeksiyasını düzgün etməlidirlər. Yaxşı olar ki, uşaqla ana eyni otaqda qalsınlar. Çarpayılar arası məsafə 2 metr aralı, hətta arada pərdə və ya polietilen şirma olsa daha yaxşı olar.

Böyüklərin protokolu və "kserokopik protokolda" olan tavanic, levofloksasin, ergoferon, viferon, anaferon və sair dərman və "sistemlərlə" kiçik uşaqların qaraciyər və böyrəklərini yükləməyə heç bir lüzum yoxdur. Nə özününzü iqtisadi zərərə salın, nə də övladlarınızı fiziki ziyana”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR