XƏBƏR

Ürək tutması zamanı nə etmək lazımdır? – QAYDALAR

date 24 Oktyabr 2019

Ürək tutması zamanı nə etmək lazımdır? – QAYDALAR

Ürək tutması insanlar arasında ən çox narahatlıq, təşviş yaradan haldır. Ani ölümlərin bir çoxu məhz ürək tutmalarının, infarktların payına düşür. Bu, bir çox hallarda bir çox başqa xəstəliklər, onların əlamətləri ilə qarışdırılır. Bəs ürək tutması necə olur?

e-tibb.az Respublika Müalicəvi Diaqnostika Mərkəzi həkimlərinin bununla bağlı tövsiyə etdiyi qaydaları təqdim edir:

Ürək tutmasını necə müəyyən etmək olar?

Ürək adi qaydada olduğundan fərqli şəkildə birdən-birə döyünməyə başlayır: ya həddindən artıq gurultulu və qeyri-müntəzəm (“gah döyünür, gah döyünmür”), ya da həddən artıq tez-tez döyünür (taxikardiya).

Döş qəfəsində ağırlıq hissi, bədənin sol tərəfində ağrı (kürəkaltı, döş qəfəsi arxasında olub çənənin sol tərəfinə yayılan) ola bilər. Nəfəsalma, xüsusən də tam nəfəsvermə çətinləşir.

Bu kimi hallarda nə etmək lazımdır?

1. Təlaşa düşməyin, tez hərəkət edin. Huşunuzu itirə biləcəyiniz vaxta qədər sizin tam 20-30 saniyə zamanınız vardır.

2. Öskürməyə başlayın – çoxlu sayda və çox böyük qüvvə ilə. Hər dəfə öskürməzdən əvvəl dərindən nəfəs alın. Öskürək dərin və davamlı olmalıdır, sanki döş qəfəsinin dərinliyindən bəlğəmi çıxarmağa çalışırsınız kimi.

3. Bir daha: dərin nəfəsalma, nəfəsvermədə öskürək. Bu, ürəyi oksigenlə doydurmağa və ürək ritmini bərpa etməyə kömək edir. Öskürək dərindən nəfəsalma və nəfəsvermədə hər 2 saniyədən bir dayanmadan fasiləsiz edilməli və təcili tibbi yardımın gəlişinə qədər təkrar olunmalıdır.

Dərin nəfəsalma oksigenin ağciyərlərə keçməsinə imkan yaradır, öskürək hərəkətləri isə ürəyi “sıxır” və qanı dövr etməyə məcbur edir. Ürəkdəki bu təzyiq həmçinin onun normal ritmə düşməsinə də kömək edir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR