XƏBƏR

Ürək-damar xəstələrinin virusla bağlı riskləri: Kardioloqdan TÖVSİYƏLƏR

date 11 Dekabr 2020

Ürək-damar xəstələrinin virusla bağlı riskləri: Kardioloqdan TÖVSİYƏLƏR

Koronavirus pandemiyası dövründə ağırlaşma yaranması baxımından xüsusi risk qrupunda olan insanların daha çox qorunmalı olduqları hər zaman vurğulanır. Risk qrupunda olanlar arasında ürək-damar xəstəlikləri olanlar da üstünlük təşkil edir.

e-tibb.az həkim-kardioloq Samir Əsgərovun ürək-damar problemi olanlara koronavirusla bağlı tövsiyələrini təqdim edir:

Bu infeksiya dünya üzrə ən çox ürək-damar xəstəliyi olanlar, arterial hipertoniyadan əziyyət çəkənlər, ürək əməliyyatı keçirmişlər, ürək catışmazlığı, aritmiyaları, ürək qüsurları olanlarda ağırlaşmalar yaradır. Ölum halları isə arterial hipertoniyası olanlarda 8.4%, digər ürək-damar xəstələrində- 13.2% təşkil edir.


COVİD-19 infeksiyası insandan insana hava-damcı, kontakt yolu ilə, virus olan səthlərə toxunmaqla kecir. Hər kəs, o cümlədən ürək-damar xəstələri bütün bunları nəzərə alaraq virusdan qorunmalı, qoruyucu maskalardan istifadə etməlidirlər.

Bu xəstəlikləri olanlar daimi içdikləri dərmanları aylıq tədarük etməli, qızdırma, öskürək əleyhinə dərmanları almalı, temperaturu nəzarətdə saxlamalıdırlar.

Mütləq qrip və pnevmokoka-pnevmoniyaya qarşı peyvənd olunmalıdlırlar.
Qrip və koronavirusa tutulmuş xəstələr gündəlik təyin olunmuş ürək dərmanlarının qəbulunu davam etdirsinlər.

Hər hansı dərman lazım olduqda digər insanlardan, ailə üzvlərindən onları əldə etməyi xahiş etsinlər.
Ən vacib tövsiyə- meyvə-tərəvəzlər bol qəbul olunsun, fiziki məşqlər edilsin, normal yuxu təmin olunsun.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR