XƏBƏR

Uçuğu təbii yolla necə müalicə etmək olar?

date 13 Oktyabr 2020

Uçuğu təbii yolla necə müalicə etmək olar?

Dodaqda uçuq çoxlarının tez-tez rast gəldiyi problemdir. Əksər  insanlar bunu soyuqdəymə əlaməti hesab edirlər. Bəziləri isə qorxu, stress keçirəndən sonra dodaqda uçuq yarandığını düşünürlər. Uçuq herpes virusunun (Herpes simpleks virusu) yaratdığı problemdir. Bədənin başqa hissələrində olduğu kimi herpes dodaqda, aşğızda da özünü büruzə verir. Adətən immunitet zəiflədiyi hallarda uçuqlama yarandığı bildirilir.

Bəs uçuq yarananda nə etmək lazımdır? Dodaqlarda və ətrafında daha çox görülən və bəzən ağrıya səbəb olan uçuqlar müalicə olunmadıqda, əsasən də yemək yeyəndə və danışanda çətinlik yaradır. Dodaqda olan uçuğun müalicəsi üçün bir sıra tibbi vasitələrlə yanaşı təbii vasitələr də müsbət təsir göstərir. Nələr uçuğun tez bir zamanda yox olmasına kömək erdir? Həmin təbii vasitələr hansılardır?

e-tibb.az Türkiyə mediasına istinadən həmin təbii vasitələri təqdim edir:

Sarımsaq: Təbii antibiotik təsiri olan sarımsaq herpesə tətbiq olunduqda sürətlə müsbət nəticə verir. Sarımsağı bölüb gündə 3-4 dəfə uçuğa sürtmək olar.

Qoz: Yaşıl qoz qabığını əzərək uçuğa vurmaq olar. Tez bir zamanda müsbət təsirini görmək olar.

Nanə yağı: Dodaq herpesinin müalicəsində istifadə edilən təsirli üsullardan biri də nanə yağıdır. Nanə yağı həm uçuğu yumşaldır, həm də ağrı və yanmanı aradan qaldırır.

Sirkə: Bir çox problem zamanı istifadə olunan sirkə, herpesin müalicəsində də çox təsirlidir. Sirkə herpes ağrısını aradan qaldırır. Sirkəni təkbaşına istifadə edə və ya balla qarışdıra bilərsiniz.

Süd: Süd də herpes müalicəsində istifadə edilə bilən təbii məhsullar arasındadır. Təmiz bir parça və ya pambığı soyuducuda saxladığınız südə batırıb uçuğun üstünə qoymaq olar.

Aloe-vera və pomidor - Uçuğa əvvəlcə bir az pomidor suyu vurmaqla gigiyenik sahə yaratmaq olar, bunun ardınca aloe-veranın mətini uçuğun üstünə qoymaqla müsbət nəticə əldə edə bilərsiniz. 

Gicitkən: Gicitkəni yaxşıca əzmək və əzilən kütlədən götürüb uçuğun üzərinə qoymaq olar...

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR