XƏBƏR

Təhlükəli virus nələrdə və hansı temperaturda daha çox yaşayır?-SİYAHI

date 30 Mart 2020

Təhlükəli virus nələrdə və hansı temperaturda daha çox yaşayır?-SİYAHI

Koronavirusun hansı səthlərdə nə qədər yaşaması barədə indiyə kimi bir sıra araşdırmalar olub. Araşdırmaların hər birində bununla bağlı müxtəlif müddətlər göstərilir.

e-tibb.az xəbər verir ki, Honkonq Universitetinin alimləri də COVID-19-un aktiv olduğu temperaturu müəyyənləşdiriblər. Alimlər hesab edir ki, yeni COVID-19 4 dərəcə temperaturda ən aktiv olur, lakin istiliyə həssasdır. 4 dərəcədə infeksiya iki həftədən çox müddətə mövcud olur, temperatur 70 dərəcəyə qalxdıqda 5 dəqiqə ərzində ölür.
Beləliklə, virus hansı temperaturda və hansı səthdə nə qədər yaşayır? Vacib məqamları belə qruplaşdırmaq olar:

1. Temperatur 22 dərəcədirsə, ən az bir həftə,

2. 37 dərəcədirsə iki gündən çox olmayaraq,

3.  56 dərəcədə yarım saatdan az,

4. Tibbi maskaların üzərində  ən azı bir həftə (Əgər temperatur 22 dərəcə, nisbi rütubət  65% təşkil edirsə).  

 

Bundan başqa, koronavirus kağız üzərində 3 saatdan az, taxtada və parçalarda 2 gündən çox, şüşə üzərində 4 gündən az, paslanmayan polad və plastik səthlərdə bir həftədən çox olmayaraq yaşamağa qadirdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR