XƏBƏR

Talassemiyalı pasientlərə pandemiya ilə bağlı müraciət olunub

date 29 Mart 2020

Talassemiyalı pasientlərə pandemiya ilə bağlı müraciət olunub

Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar talassemiyalı pasiyentlərə müraciət paylaşıb.

e-tibb.az xəbər verir ki, müraciətdə bildirilir ki, koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən regionlardan Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişin məhdudlaşdırılması haqqında qərar qəbul edilib. Bu qərardan sonra davamlı müalicə üçün regionlardan Bakı şəhərinə gələn talassemiyalı pasiyentlərin gəlişində də çətinliklər yaranıb.

Çətinliklərin aradan qaldırılması məqsədi ilə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının bölgə bölmələri gücləndirilimiş iş rejimində daimi olaraq xidmətinizdədir.

Transfuziya alan pasiyentlərin xelator preparatlarla təminatını da bölgələrdəki bölmələrimiz vasitəsilə həyata keçirəcəyik. Bunun üçün, həftə içi 6 gün saat 09:00-dan 15:00-a kimi Mərkəzimizdə fəaliyyət göstərən 1842 nömrəsi ilə əlaqə saxlayıb, adınızı və soyadınızı, yaşadığınız bölgəni qeyd etməklə sifarişlərinizi verə bilərsiniz. Sifarişlər qəbul edildikdən sonra preparatlar 5-7 gün ərzində tərəfimizdən yaşadığınız bölgə üzrə fəaliyyət göstərən Qan bankı bölmələrimizə göndəriləcəkdir. Göndərilmiş preparatları əldə etmək üçün şəxsiyyət vəsiqənizlə müvafiq Qan bankı bölməmizə yaxınlaşın.

Hörmətli pasiyentlər!
Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün sizdən sosial izolyasiyaya riayət etməklə üzərinizə düşən vəzifəni yerinə yetirməyinizi xahiş edirik. Zərurət halında evdən çıxdığınızda maska taxın və əllərinizi dezinfeksiyaedici məhlullarla dezinfeksiya edin. Digər insanlarla sosial məsafəni qoruyun. Evə döndükdən sonra əllərinizi sabunla 20 saniyədən az olmamaqla yuyun. Qida təhlükəsizliyinə diqqət edin.

Unutmayın! Koronavirus alacağımız tədbirlərdən güclü deyil!

HƏMRƏYLİK GÖSTƏRMƏK ZAMANIDIR!


e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR