XƏBƏR

Sümük müayinəsi-densitometriya: Neçə müddətdən bir aparılmalıdır?-VİDEO

date 19 Noyabr 2019

Sümük müayinəsi-densitometriya: Neçə müddətdən bir aparılmalıdır?-VİDEO

“Adətən deyirlər ki, onurğada əyrilikləri 25 yaşda sonra düzəlmir və müalicə olunmur. Mən bununla razılaşmıram və bu yaş həddində olan onurğa əyrilikləri ilə bağlı müalicə proqramı hazırlayaraq təqdim etmişəm.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Vertebra Onurğa Mərkəzinin baş həkimi, həkim-vertebroloq, Oksford Elmlər Akademiyasının fəxri professoru İradə Hacıyeva deyib. 

Onun sözlərinə görə, bütün valideynlər, pediatrlar onurğa əyrilikləri ilə bağlı məlumatlı olmalı, düzgün maariflənməlidirlər.

Vertebroloq vurğulayıb ki, qamətin düz olması, onurğanın sağlamlığı üçün ilk növbədə əzələ möhkəmlənməlidir.

Onun sözlərinə görə, boyunu yarım saat eyni vəziyyətdə saxlamaq ciddi onurğa problemi yaradır. İ. Hacıyeva onurğa sağlamlığı üçün gündəlik 3 müalicəvi hərəkəti etməyin vacib olduğunu da açıqlayıb.

Məktəbli uşaqların çanta yükü barədə danışan İ. Hacıyeva deyib ki, bu, bədən çəkisinin 1/10-i qədər olmalıdır.

Mütəxəssis, ən çox yayılan problemlərdən biri - osteoporozun (sümük əriməsi) müalicəsi barədə də məlumat verərək “Heç olmasa, 2-3 ildən bir sümük müayinəsi - densitometriya aparılmalıdır”, - deyə vurğulayıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR