BLOQ

Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu: Erkən müayinə nəyi dəyişir?

date 15 Oktyabr 2020

Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu: Erkən müayinə nəyi dəyişir?

Urək-damar xəstəlikləri dünya üzrə ən geniş yayılmış əsas ölüm səbəbi olsa da, qadınlar arasında yayılmasına və ölüm göstəricisinə görə birinci yerdə süd vəzi xərçəngi dayanır. Bəsəriyyətin bir bəlasına çevrilən süd vəzi xərçənginə nəinki qadınlarda, eyni zamanda kişilərdə də rast gəlinir. Sud vəzi xərçənginin yaranma səbəbləri polietiolojidir, yəni çoxdur. Belə ki, süd vəzi xərçənginə hər 8 qadından birində rast gəlinir.

Yaranma səbəbləri:

Hormonal pozğunluq

Erkən başlanmış aybaşı tsikli (8+)
Gecikmiş menapauza (55+)
Nizamsız cinsi əlaqə
İlk övladın 30 yaşdan sonra olması
Laktasiya dövrünün az olması ya heç olmaması
Stress faktoru
Travma
Ana-xala-nənə və bibi kimi birinci nəsil şəcərədə süd vəzi xərçənginin olması
Genetik mutasiya (BRCA1ve BRCA2)
Alkoqol və digər ziyanlı vərdişlər
Radiasiyanın çox olması
Getdikcə çəki artırmaq, kökəlmək
Nizamsız aybaşı problemləri

Əgər ailə anamnezində süd vəzi xərçəngi varsa, həmin ailədən olan xanımlar daha erkən müayinə olunmalıdırlar. İllik skrininq müayinə sayılan Mammoqrafiya müayinəsi 35 yox, 30 yaşdan başlanılmalıdır.

Bu gün Azərbaycanda bütün növ süd vəzi müayinələri üçün avadanlıqlar var, artıq qonşu ölkələrə üz tutmağa gərək yoxdur. Neçə-neçə pasientlərə kömək olmağa çalışmışıq və erkən mərhələdə xərçəngi aşkar edib, problemin aradan qalxmasına kömək etmişik. Xanımlar həkimlərə güvənməlidirlər.

Qadınlar özləri mütəmadi olaraq süd vəzlərini müayinə etməlidirlər, hər hansı şübhəli hal gördükdə, düyün ələ gəldikdə, mütləq həkimə müraciət etsinlər. Problem erkən mərhələdə aşkarlandıqda onu aradan qaldırmaq da çox asan olur. Vaxtında həkimə müraciət edən heç bir qadın evinə ağlayaraq donməz…

 

Günel Qəmbərova - Mammoloq-radioloq, ATU-nun Tədris Terapevtik Klinikasının həkimi

e-tibb.az   

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR