XƏBƏR

Siqareti tərgidəndən sonra nə baş verir?

date 22 Yanvar 2020

Siqareti tərgidəndən sonra nə baş verir?

Siqaretlə bağlı daha bir araşdırma aparılıb.

e-tibb.az xəbər verir ki, yeni araşdırmaya görə, dörd həftə boyunca fasiləsiz olaraq siqaret istifadə etməmək orqanizmdə bir sıra müsbət dəyişikliklərə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının, Britaniyadakı Nyukasl Universiteti və Anesteziya Mütəxəssisləri Birlikləri Federasiyası mütəxəssislərinin birgə apardığı araşdırma nəticəsində bu qənaətə gəlinib.     

Təcrübə zamanı izlənilən tütün istifadəçilərində siqareti tərgidəndən dörd həfətə sonra həyati əhəmiyyətli orqanların qanla 20 faiz daha yaxşı təmin olunduğu qeydə alınıb.

Bildirilib ki, cərrahiyyə əməliyyatlarından 4 həftə əvvəl siqareti tərgindənlərdə anesteziyaya bağlı olan fəsadların siqaret çəkənlərlə müqayisədə azaldığı, əməliyyatdan 6 ay sonra daha yaxşı nəticələrin qeydə alındığı ortaya çıxıb. Ona görə də təcili olmayan, planlaşdırılan əməliyyatlardan öncə siqaret çəkməmək tövsiyə edilir. Bildirilir ki, siqaret çəkənlərdə əməliyyatlardan sonra ürək və ağciyər funsksiyalarının pozulması, infeksiyalaşma və yara sağalmasının gecikməsi kimi risklər çəkməyənlərlə müqayisədə daha üstündür.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR