XƏBƏR

Siqareti tərgidən kimi orqanizmdə nə baş verir?

date 7 İyul 2020

Siqareti tərgidən kimi orqanizmdə nə baş verir?

Siqaretin, tütünün orqanizm üçün çoxsaylı fəsadlarının olduğu əksəriyyətə məlumdur. Mütəxəssislər bununla bağlı mütəmadi olaraq xəbərdarlıq edir, tütün istifadəsini dayandırmağa çağırırlar.

Bəs tütün istifadəsini dayandırandan sonra orqanizmdə nə baş verir?

e-tibb.az bununla bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı məlumatı təqdim edir:

Elə indi siqaret çəkməyi dayandırsanız orqanizminizdə müsbətə doğru
hansı dəyişikliklər baş verəcək?

Dayandırandan 2 dəqiqə sonra – Arterial təzyiq normaya düşəcək.

8 saat sonra - Ağciyərlərdə olan dəm qazının səviyyəsi yarıya qədər enəcək və oksigenin səviyyəsi normallaşacaq.

2 gün sonra - Nikotin bədəndən xaric olunacaq. Ürək xəstəlikləri ehtimalı azalacaq. İy və dad reseptorlarının funksiyası qaydaya düşəcək. Ciyərləriniz rahatlanacaq. Və siz əlavə enerjinin gəldiyini və ümumi tonusun yüksəldiyini hiss edəcəksiniz.

2 həftə sonra - Qan dövranı artacaq və gələn 10 həftə ərzində bu artım davam edəcək.

1 il sonra – Ürək xəstəlikləri ehtimalı yarıya qədər azalacaq.

5 il sonra-İnsult riski siqaret çəkməyən adamlardakı  kimi olacaq.

10 il sonra – Ağciyər xərçəngi ehtimalı siqaret çəkməyən adamlardakı kimi olacaq.

15 il sonra – İnfarkt olma riski siqaret çəkməyən adamlardakı kimi olacaq.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR