XƏBƏR

Simsiz qulaqlıqlar xərçəng riskini artırır – Alİmlərdən XƏBƏRDARLIQ

date 15 Mart 2019

Simsiz qulaqlıqlar xərçəng riskini artırır – Alİmlərdən XƏBƏRDARLIQ

Simsiz qulaqlıqlar bir çox problemlərə səbəb olur.

40-dan çox ölkədən olan 250 alim, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-yə simsiz qulaqlıqların yaydığı radiasiyanın təhlükələrə yol açması ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıblar.

Müraciətdə AirPod və digər simsiz texnologiyalardan yayılan radiasiyanın təhlükələri barədə narahatlıq ifadə olunub.

“Daily Mail” qəzetinin yazdığına görə, bu texnologiyaların potensial təhlükələrindən bəhs edən alimlər onların sağlamlıq problemlərinə səbəb olduğunu vurğulayıblar.

Qeyd olunub ki, bir çox məşhur brendlərin istehsal etdiyi simsiz qulaqlıqlar beyin və daxili qulaqda xərçəng riskini artırır.

Elm adamları siçanlar üzərində aparılan təcrübələr zamanı radiasiyanın nevroloji və genetik xəstəliklərə səbəb olduğunu da bəyan ediblər.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR