MÜSAHIBƏ

Şəkər xəstələrində göz problemləri nə vaxt yaranır? - VİDEO

date 29 İyul 2019

Şəkər xəstələrində göz problemləri nə vaxt yaranır? - VİDEO

Şəkərli diabet xəstəliyi həm də gözlərdə ciddi fəsadlara səbəb olur.

Oftalmoloq, uzman həkim Fariz Sadıqov e-tibb.az-a video açıqlamasında deyib ki, şəkərli diabet xəstəsinin gözündə problemin yaranması üçün təxminən 5 il zaman keçməlidir. Adətən xəstəliyin inkişafı zamanı ilk 5 ildə gözdə problem yaranmır.   

Şəkər vəziyyəti nə qədər pis olsa belə, göz dibi damarları buna dözə bilir. Amma beş il sonra şəkəri xəstələrində göz dibində problemlər inkişaf etməyə başlayır.

Mütəxəssis deyib ki, şəkəri, təzyiqi, qanda xolesterin səviyyəsi çox yüksək olanlarda göz dibi problemləri daha tez inkişaf edir.

Onun sözlərinə görə, xəstə insan şəkərinə, təzyiqə nəzarət etmirsə, gözlə bağlı aparılan müalicələrin effektivliyi ciddi şəkildə azalır. Oftalmoloq şəkərin gözlərdə yaratdığı fəsadlar, problemin müalicəsindən danışıb, bununla bağlı bır sıra tövsiyələr verib.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR