XƏBƏR

Saç tökülməsinə görə edilən yanlışlar  

date 27 May 2019

Saç tökülməsinə görə edilən yanlışlar  

Saç tökülməsi bir çox amillərlə izah olunur. Bir çoxları bunun gündəlik vərdişlər səbəbindən baş verdiyini düşünürlər. Məsələn, saçları yığmaq, bağlamaq, tez-tez yumaq, fenləməyin saç tökülməsinə səbəb olduğu barədə fikirlərə tez-tez rast gəlirik.    

Mütəxəssislər isə hesab edir ki, əslində belə deyil. e-tibb.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əslində papaq qoymaq, saçları bağlamaq, tez-tez yumaq saç tökülməsinə səbəb olmur. Saç tökülməsi xarici səbəblərlə bağlı deyil. Saçları tökülən şəxslərdə genetik amillər və ümumi sağlamlıq vəziyyətini araşdırmaq lazımdır.

Qeyd olunur ki, saç tökülməsi, qırılması zamanı görülən tədbirlərin də çoxu yanlışdır və heç bir elmi əsası yoxdur.

Məsələn, saçlar tökülürsə, qırılırsa, onlara bal, zeytun yağı, yumurta çəkmək yanlışlardan biridir. Qırıq saçları kəsmək lazımdır. Saçların tökülməsinə qan azlığı, dəmir defisiti səbəb olubsa, bunu aradan qaldırmaq lazımdır. Saçları fenləmək, ütüləmək kimi isti verən prosedurları mümkün qədər azaltmaq lazımdır.

Sarımsaq, çobanyastığı, gicitkən şampunu istifadə etməklə saç tökülməsinin dayanacağını gözləmək də yanlışdır. Əgər bir şəxsin saç dərisi çox həssasdırsa,  şampunun içərisindəki hansısa maddə allergiya yaradırsa, o zaman tərkibi kimyəvi maddələrlə minimum olan şampunlar məsləhət görülə bilər.

Amma şampunun sarımsaq, gicirtkən və s. bitki tərkibli olmasının saçlara elə bir faydası yoxdur.

Bəzən saçları gec-gec yuyun və yaxud beş gündən bir yuyun kimi tövsiyələr verilir.

Amma tədqiqatlar göstərir ki, saç nə qədər gec yuyulursa, təmiz yuyulmursa bakteriya və göbələk yaranması riski bir o qədər yüksək olur. Saçları yumaq sırf saç tipi ilə bağlı olmalıdır. Məsələn, saç tez-tez yağlanırsa, onu tez-tez də yumaq lazımdır...

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR