XƏBƏR

Rusiyalı həkim koronavirusun əsas əlamətini açıqlayıb

date 16 Dekabr 2020

Rusiyalı həkim koronavirusun əsas əlamətini açıqlayıb

Rusiyalı mütəxəssis koronavirusun əsas simptomu və göründüyü vaxtı açıqlayıb.

e-tibb.az Rusiya mediasına istinadən xəbər verir ki, həkim-immunoloq-allerqoloq Vladimir Bolibok deyib ki, koronavirusu digər infeksiyalardan fərqləndirən məhz qoxu və dad itkisidir.

Mütəxəssisə görə, qoxuları və dadları ayırd etmək xüsusuiyyətinin itirilməsi virusa yoluxan kimi, dərhal deyil, təxminən xəstəliyin ikinci həftəsində baş verir. 

Onun sözlərinə görə, burada ən əsas amillər (simptomlar) qoxu və dad itkisidir: “Bu, sırf koronavirus infeksiyasına xasdır. Buna digər viruslarda da, məsələn qripdə də rast gəlmək olar, lakin bu, onlar üçün daha az xarakterikdir”.

Həkim qoxu itkisinə koronavirusun yüngül gedişində daha çox rast gəlindiyini də əlavə edib.

Dekabrın əvvəlində İslandiyadan olan bir qrup alim COVID-19-un əsas bir simptomu - mialgiyanın olduğunu açıqlamışdılar. Bu, əzələlərdə, bağlarda, sümüklərdə, orqanlarda və yumşaq birləşdirici toxumalarda ağrı ilə özünü göstərir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR