XƏBƏR

Rezin əlcəklər koronavirusun qarşısını almaqda effektivdir?

date 22 Mart 2020

Rezin əlcəklər koronavirusun qarşısını almaqda effektivdir?

Koronavirusdan qorunmaq üçün bir çoxları rezin əlcəklədən də istifadə edir. Bununla qorunmaq mümkündürmü?

e-tibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi social şəbəkədə bununla bağlı infoqrafiya paylaşıb.

İctimai yerlərdə rezin əlcəkdən istifadə koronavirus infeksiyasının qarşısını almaqda effektivdir?
Xeyr. Əllərin mütəmadi yuyulması rezin əlcəkdən daha çox koronavirusdan (COVID-19) qoruyur.
Rezin əlcəkdə olarkən belə, COVID-19 virusu keçə bilər. Daha sonra siz əlinizlə üzünüzə toxunduqda virusa yoluxa bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR