XƏBƏR

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub

date 2 Noyabr 2020

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

e-tibb.az xəbər verir ki, TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Pərviz Nadir oğlu Hacıyev xəstəxananın baş həkimi təyin edilib. 

Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnib. 2010-cu ildə Ankara Universiteti Urologiya Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlayıb və 2015-ci ildə rezidentura təhsilini başa vuraraq Uzman Uroloq ixtisasını alıb. 2015-ci il YDUS (Yan Dal Uzmanlık) imtahaninda Türkiyə üzrə 2-ci yeri əldə edib və Ankara Universitetində Uşaq Urologiyası üzrə təhsilə başlayıb. 2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını alıb.

2014-cü ildə Avropa Uroloqlar Cəmiyyətinin(EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində Uşaq Urologiyasi üzrə elmi – praktiki təcrübə keçib. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. İndiyədək Bakıda özəl tibb müəssisəsində çalışıb. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR