13 Dekabr 2020
Həkimlər koronavirusdan qorunmanın ən sadə yolu haqda danışıblar.
e-tibb.az xəbər verir ki, Rusiyadan olan immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçukov qışda olduğumuz məkanlar-binalar, ofislər, mənzillərdə havanı tez-tez dəyişmək, həmin mühiti daha çox nəm saxlamaqla koronavirusdan daha yaxşı qorunmağa nail ola biləcəyimizi açıqlayıb. Onun sözlərinə görə, havadakı patogenlərin konsentrasiyası nə qədər yüksəkdirsə, koronavirusa yoluxma riski də bir o qədər artır: "COVID-19 infeksiyası riskini azaltmaq üçün otaqların, binaların havasını tez-tez dəyişmək, qapalı mühitləri havalandırmaq lazımdır".
Mütəxəssis vurğulayıb ki, qapalı məkanlarda olan insanlar ən böyük koronavirus infeksiyası riski altındadır. İmmunoloq deyib ki, olduğumuz məkanlarda davamlı nəm təmizlik işləri aparılmalıdır. Tozlu havada, tək koronavirus deyil, başqa zərərli viruslar və s. ola bilər: “Otaqlarda, qapalı məkanlarda nəm təmizliklə yanaşı tez-tez havanı dəyişmək də çox vacibdir. Bütün bunlar virus miqdarını azaldacaq”.
Mütəxəssis onu da vurğulayıb ki, ictimai nəqliyyatda virusların yayılmasının qarşısını almaq üçün filtrasiya ilə yaxşı havalandırma olmalıdır.
Bir qədər əvvəl İngiltərə alimləri soyuq mövsümdə, zəif havalandırma səbəbindən koronavirus infeksiyasına yoluxma riskinin üçdə bir arta biləcəyinə dair xəbərdar edib, binaların havalandırılmasının vacib olduğuna dair tövsiyə veriblər.
Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur
17 Yanvar 2021Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb
18 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
22 Yanvar 202118 saatlıq aclıqla nəyə nail olmaq olar?
15 Yanvar 2021Südün tərkibi: İnək, camış, qoyun və keçi südünün fərqləri
17 Yanvar 2021Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
19 Yanvar 2021Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?
19 Yanvar 2021Virusa yoluxub sağalanlarda qoruyucu immunitet nə qədər davam edir?
19 Yanvar 2021