XƏBƏR

Qripə yoluxanlar nə etməlidir?- Baş infeksionistdən ÇAĞIRIŞ

date 19 Dekabr 2019

Qripə yoluxanlar nə etməlidir?- Baş infeksionistdən ÇAĞIRIŞ

Hazırda qriplə bağlı vəziyyət qorxulu deyil. Qrip o qədər də geniş yayılmayıb. Mövsümlə əlaqədar qrip müşahidə olunur. Qonşularımız Gürcüstan, İranda da qrip xəstəliyi yayılıb və bizdə də olması normaldır. Amma vəziyyət elə də ciddi deyil.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev lent.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qrip oynaq, baş ağrısı, zəiflik və halsızlığa səbəb olur.

C.İsayev deyib ki, qripli insanlar işə, dərsə getməməli, evdə yataq rejimində olmalıdırlar: “İnsanlar arasına çıxmamaqla qripə yoluxanlar həm özünü, həm də ətrfadakıları qoruyur. Qripə ən yaxşı təsir edən vasitələrdən biri çögə, kəklikotu, zəncəfil, mixək bitkilərinin qarışığından dəmlənmiş çaydır. Bu bitkilərdən çay dəmlənir və gün ərzində iki-üç saatdan bir stəkan içilir. Eyni zamanda, çoxlu maye qəbul etmək lazımdır. 3 gün bu çaydan içmək iltihab əleyinə yaxşı təsir edir. Qızdırmanı salır, antiviral təsir göstərir”.

Həkim onu da qeyd edib ki, qripin profilaktikası üçün zərərli vərdişlərdən uzaq durmaq, yaxşı qidalanmaq, təmiz havada gəzmək vacibdir: “İnsanların çox olduğu yerlərdə maskadan istifadə etmək lazımdır. Maskadan istifadə etmək qripə yoluxmanın qarşısını 60-70 faiz alır”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR