XƏBƏR

Qrip zamanı nələri etmək olmaz?

date 25 Sentyabr 2020

Qrip zamanı nələri etmək olmaz?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi qrip haqqında tövsiyələr açıqlayıb. E-tibb.az onları təqdim edir:

Qrip haqqında bunları bilmək vacibdir!

Qrip viruslar tərəfindən törədilən infeksion xəstəlikdir. Çox sürətlə, hava-damcı yolu ilə yayılır.
Qripin profilaktikası üçün ən vacib şərtlər:
Xəstə ilə kontaktdan uzaq olmaq
Əlləri tez-tez sabunla yumaq
Xüsusi maskalardan istifadə etmək

Yadda saxlayın:

Həkimlə məsləhətləşməmiş uşaqlara dərman verməkdən çəkinin.

Heç bir zaman 16 yaşdan kiçik olan uşaqlara Aspirin vermək olmaz!
Qrip zamanı antibiotik qəbul etməyin və uşaqlarınıza antibiotik verməyin!
Antibiotiklərin virus xəstəliklərinə qarşı heç bir təsiri yoxdur!
Onlar yalnız qripin ağırlaşmaları zamanı həkim tərəfindən təyin edilə bilər!

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR