XƏBƏR

Qrip və pnevmoniya peyvəndi COVID-dən də qoruya bilər?-Professordan RƏY

date 22 İyul 2020

Qrip və pnevmoniya peyvəndi COVID-dən də qoruya bilər?-Professordan RƏY

Koronavirus pandemiyası dünyada qrip və sətəlcəmə (pnevmoniya) qarşı peyvəndlər mövzusunda bir çox sualları da ortaya çıxarıb. Türkiyədən olan infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı, professor Ata Nevzat Yalçın COVID-19-a qarşı bu peyvəndlərin faydasının olub-olmayacağı mövzusunda fikirlərini açıqlayıb. E-tibb.az xəbər verir ki, professorun sözlərinə görə, payış və qışda COVID infeksiyasına yoluxanların sayında artım olacağı gözlənilir. Bununla yanaşı, adətən havaların soyuması ilə bağlı tənəffüs yollarının infeksiyalarının yayıldığını da xatrıladan mütəxəssis qeyd edib ki, həmin dövrdə xəstə sayı getdikcə artarsa, onunla yanaşı paralel olaraq inkişaf edəcək başqa bir çox virus xəstəlikləri da qarşımıza çıxacaq. Bunların olması ilə klinik mənzərələr daha da ağırlaşdıracaq.

Koronavirusa qarşı peyvəndlə bağlı bir çox araşdırmaların davam etdiyini xatırladan həkim bildirib ki, bu səbəbdən də ələlxüsus yaşı 65-dən çox olan xroniki ağciyər, qaraciyər xərçəng xəstələri, böyrək çatışmazlığı olanla, daimi steroid dərmanlar qəbul edənlər, immun sistemi zəif olanlar mütləq sentyabr ayından başlayaraq qrip və pnevmoniya (pnevmokok) peyvəndləri olunmalıdırlar. 

Onun sözlərinə görə, bu peyvəndlər ən azından qrip və sətəlcəmə qarşı qorunma yaratmaqla bu dönəmdə çox faydalı olacaq. O, COVID-19-la bağlı peyvənd araşdırmalarının hələ də davam etdiyini və ən azı 3-5 ay müddətində tətbiq olunmayacağını açıqlayıb: “Ona görə qrip peyvəndini mövsüm başlayan kimi, pnevmoniya peyvəndini isə elə indidən başlayaraq vurdurmaq olar”. 

Bəs bu peyvəndlər koronavirusdan da qoruya bilərmi?

Professor deyib ki, adl çəkilən peyvəndlərin koronavirusa qarşı bir təsiri yoxdur, amma bu peyvəndlər olunsa, ən azı qripə yoluxma olmayacaq: "Bizim qripdən daha çox qorxduğumuz ikincili bakteriel infeksiyalardır. Burada qarşımıza çıxan ən böyük agent isə pnevmoniya vaksinidir. Yaşlı şəxslərdə bu infeksiyalar öldürücü ola bilər. Ona görə də bu peyvəndləri mütləq etdirmək lazımdır. Dolayısı ilə koronavirusla da qarşılaşan zaman qismən də olsa bu cür fəsadlara qarşı bir təsiri olacaq”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR