BLOQ

Qızılca: Mövümün ənənəvi xəstəliklərini unutmamalıyıq

date 19 Oktyabr 2020

Qızılca: Mövümün ənənəvi xəstəliklərini unutmamalıyıq

Bu gün biz hərbi vəziyyətdəyik və şanlı ordumuz doğma torpaqlarımızı düşmən tapdağından azad edir. Bir, sozlə müharibə gedir. Ancaq biz cari mövsümlə əlaqəli olan xəstəlikləri də unutmamalıyıq. Payız-qış möğvsümünün “ənənəvi” xəstəliklərindən biri də qızılcadır.

Qızılca, hava-damcı yolu ilə yayılan və xəstə şəxslə birbaşa təmas nəticəsində ötürülən yoluxucu bir xəstəlikdir. Payız aylarında peyvənd olunmamış əhali arasında sürətlə yayılmağa başlayır. Kükrəyişlər isə əsasən qışın axırı və yaz aylarında baş verir. Xəstəliyin təhlükələrindən biri klinik əlamətlər dövründə xəstələrin bir müddət qidalanmaması və vitamin itkisi səbəbindən sonradan daha öldürücü ola biləcək xəstəliklərə təkan verməsidir.

Yoluxma

Qızılca virusu çox yoluxucudur. Qızılcaya yoluxan şəxs səpkilər başlamazdan əvvəl 3-4 gün və başladıqdan 4-5 gün sonrakı dövrdə xəstəliyi başqalarına yoluxdura bilir. Xəstə asqırdığı və ya öksürdüyü zaman virusu ətrafa yayır. Havada və ya yoluxduğu səthdə 2 saatadək canlı qalıb başqalarına yoluxa bilir. Xəstəlik bütün yaşlarda, ən çox hallarda isə uşaqlarda rast gəlinir.

Risk qrupları

1 yaşınadək körpələr, kollektiv yaşanılan yerlərdəki körpələr və uşaqlar - körpələr evi, uşaq bağçası, məktəb, çoxuşaqlı ailələrin uşaqları, yaşına uyğun ağırlıqda olmayan körpə və uşaqlar, gənc və yaşli insanlar və s.

Əlamətlər

Qızılca qızdırma, konyuktivitvə yuxarı tənəffüs yollarının iltihabi dəyişilikləri, eyni zamanda bütün dəri və görünən selikli qişalarda çoxlu sayda qırmızı rəngli ləkəyə bənzər səpgilərlə özünü göstərir. Xəstəliyin inkubasiya (gizli) dövru orta hesabla 10-14 gündür. Başlanğıc dövrdə baş ağrısı, hərarət, zökəm, öksürük, gözdə batma, qaşıntı hissi və ışığa həssaslıq olur. Bütün bu əlamətlər 7-10 gün davam edir və hərarətin düşməsi ilə nəticələnir.

Fəsadlar

Qızılca ciddi bir xəstəlikdir. Qızılca ilə xəstələnən insan işə və məktəbə gedə bilməyəcək şəkildə halsız və hərarəti yüksək olur. Xəstəlik diqqətə alınmazsa ağciyər iltihabı (pnevmoniya), orta qulaq iltihabı (otit), beyin qişalarının iltihabı (ensefalit), ürək əzələsinin iltihabı (miokardit) və s. kimi fəsadlarla nəticələnə bilər. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər 100 qızılca xəstəsindən ən azı birində ölüm halı qeydə alınır.

Müalicə

Qızılca xəstəliyi adətən evdə müalicə olunur. Yalnız agır xəstələr və fəsadlaşması olanlar xəstəxanaya yerləşdirilirlər. Əsas diqqət qulluğun təşkilinə və düzgün qidalanmaya verılməlidir. Xəstənin otağı isti və işıqlı olmalı, havası tez-tez dəyişdirilməlidir. Xəstənin istirahət etməsi və simptomatik müalicə verilməsi lazımdır. Qızılca, viruslar tərəfindən törədildiyi üçün fəsad olmadığı zaman antibiotik istifadə etməyə ehtiyac yoxdur. Vaxtında və düzgün müalicə etdikdə qızılcanın proqnozu adətən yaxşı olur.

Qorunma

Qızılcalı xəstələr səpgi əmələ gələndən sonra 5 gün, ağırlaşma baş verdikdə 10 gün ərzində təcrid olunurlar. Xəstə ilə təmasda olmuşlar 17 gün, immunoqlobulin vurulanlar isə 21 gün ərzində kollektivə və ictimai yerlərə buraxılmırlar. Qızılca ilə xəstələnən insanlar ömürlük immunitet qazanırlar və bir daha bu xəstəliyə yoluxmurlar. Qızılca xəstəliyindən və buna bağlı olaraq ortaya çıxan xəstəliklərdən qorunmanın tək yolu peyvəndləmədir. Peyvənddən 3-18 gün sonra 2-3 gün çəkən qızdırma, konyuktivit, tənəffüs yollarının katarı, hətta səpgi əmələ gələ bilər. Bu dövrdə xəstəyə içərisində parasetamol olan ağrı kəsici və hərarət salıcı dərmanlar verilir. Peyvəndin vurulduğu yerdə qızartı, həssaslıq, ağrı ola bilər. Bu halda soyuq kompres qoyulması və parasetamol verilməsi əlamətlərin keçməsinə kömək edir.

 

Azər Nağıyev-Həkim-infeksionist

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR