XƏBƏR

Qida zəhərlənmələrindən necə qorunaq?

date 1 Dekabr 2020

Qida zəhərlənmələrindən necə qorunaq?

Qida zəhərlənmələri hər dövr üçün aktualdır. İlin bütün fəsillərində qida zəhərlənmələrinə rast gəlinir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida zəhərlənmələrindən qorunmaqla bağlı bir sıra tövsiyələr açıqlayıb. Onları təqdim edrik:

Qida zəhərlənmələrindən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməyin;

Pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür;

Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etməyin;

Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etmək lazımdır;

Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirin;

Yeməkləri günlük olaraq hazırlayın, artıq qalanını isə bir dəfədən çox isitməyin;

Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına əməl edin.

E-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR