XƏBƏR

Qeysəriyyə əməliyyatında verilən narkoz qadınlarda belə bir problem yaradır

date 14 Fevral 2020

Qeysəriyyə əməliyyatında verilən narkoz qadınlarda belə bir problem yaradır

Qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirən qadınlarda doğuşdan sonra  depressiyaya düşmə, intihar düşüncəsində olma meyli artır.

e-tibb.az xəbər verir ki, buna anesteziyanın səbəb olduğu bildirilir.

"Journal of Anesthesia ve Analgesia"da dərc olunan məlumata görə, ABŞ-ın Kolumbiya Universitetinin alimləri apardıqları araşdırmanın nəticəsində bu qənaətə gəliblər. Araşdırmaçılar Nyu-Yorkdakı dövlət xəstəxanasında 7 il ərzində uşaq dünyaya gətirən 400 mindən çox qadınla bağlı nəticələri təhlil ediblər. Onlar hər 100 doğuşdan 8-nin ümumi anesteziya verilərək qeysəriyyə yoluyla baş tutduğunu bildirblər. Həmin hər yüz qadından 3-nün  doğuşdan sonra ağır depressiya səbəbi ilə xəstəxanaya yerləşdirilidiyi bildirilib. Onların isə yarıdan çoxu xəstəxanadan çıxandan sonra təkrar xəstəxanaya müraciət ediblər.   

Alimlər, ümumi anesteziyanın lokal anesteziyaya nisbətən doğuşdan sonra depressiyanı 54 faiz artırdığını bildiriblər. Ümumi anesteziya intihar haqda düşüncəni və öz-özünə zərər yetirmə riskini isə 90 faiz artırır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR