XƏBƏR

Qaynadılmış su ziyanlı deyil?

date 14 Fevral 2020

Qaynadılmış su ziyanlı deyil?

Alman alimləri qaynadılmış su ilə bağlı araşdırma apararaq birmənalı mövqe ortaya qoyublar.

e-tibb.az xəbər verir ki, Almaniyadakı Fresenius İnstitutunda araşdırma aparan alimlər qaynadılan suyun ziyanlı olması haqda deyilənləri təkzib ediblər.

Təkrar qaynadılmış suyu içməyin sağlamlıq üçün ziyanlı, təhlükəli olduğunu iddia edənlərə, qaynadılmış sudan imtina edənlərə cavab verən alimlər bunun doğru olmadığını vurğulayıblar.

Alimlər hesab edir ki, qaynadılmış suyu heç tərəddüd etmədən istifadə etmək olar. Qeyd olunur ki, belə suyun özündə bədən üçün təhlükəli mikroorqanizmlərin toplaması haqda fikirlər də əsassızdır. Bildirilir ki, çaynikdə qaynadılan suda olan bakteriyaların sayı arta bilər, amma təkrar qaynatma onları məhv edir. Bundan başqa, insanların bir çoxu yeni qaynadılmış suyun dadının dəyişdiyinə dair fikirlər  səslənirsələr də, bu, fərziyyə hesab olunur və həqiqətə yaxın olmadığı bildirilir. Çünki elmin hazırda bununla bağlı heç bir sübutu yoxdur.

Bəzi insanlar isə hesab edir ki, qaynama prosesində çaydanda olan suya qabın zərərli hissəciklərinin  daxil olması riski də var. Tədqiqatçıların fikrincə, belə bir risk yoxdur. Ancaq bunun qarşısını almaq üçün daha keyfiyyətli çaydanlardan istifadə etmək olar.

Qeyd edək ki, bir qədər əvvəl İsveçrədən olan alimlər qaynadılmış suyun bəzi hallarda adi, süzülmüş sulardan daha təhlükəli ola biləcəyini açıqlaylblar. Alimlər qeyd edirlər ki, qaynayan zaman suyun tərkibində olan xlor çökərək digər kimyəvi maddələrlə reaksiyaya girir. Nəticədə xəstəliklərin yaranmasına səbəb olan zəhərli birləşmələr meydana gəlir. Elə viruslar, ağır metallar və digər birləşmələr var ki, qaynadıqdan sonra da məhv  olmur. Yığılan çöküntü nəticədə insan bədəninə daxil olur və bu toksinlər müxtəlif orqanlarda fəsadlar yaradır. Qaynadılmış suyun daimi içilməsi həm də müxtəlif faydalı mineralların bədəndən xaric olmasına səbəb olur. 

Onlar hesab edir ki, suyu bir dəfədən çox qaynatmaq lazım deyil. Həmçinin çaydanda ərp əmələ gəlməməlidir.

https://e-tibb.az/xeber/qaynadilmis-su-tehlukelidir-1465

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR