XƏBƏR

Qarpız və yemişi seçəndə, kəsəndə bunlara diqqət edin

date 19 Avqust 2020

Qarpız və yemişi seçəndə, kəsəndə bunlara diqqət edin

“Yayda bəzi mövsümi meyvə-tərəvəz istifadə edərkən daha diqqətli olmaq məsləhətdir. Xüsusən də qarpız və yemiş seçərkən bir neçə məqama diqqət yetirmək vacibdir”. Bunu Lent.az-a Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Qeyd olunub ki, zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu da səbəb ola bilər: “Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Havanın hərarəti bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Bu, qidaların tez xarab olmasına səbəb olur. Yayda bəzi mövsümi meyvə-tərəvəz istifadə edərkən də daha diqqətli olmaq məsləhətdir. Xüsusən də qarpız və yemiş seçərkən, bir neçə məqama diqqət yetirmək lazımdır. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Nitrat, nitrit, yaxud pestisid qalıqlarının miqdarının çox olması qarpızın keyfiyyətinin pisləşməsinə və zəhərlənmələrə səbəb ola bilir. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır”.

Məlumatda o da vurğulanıb ki, Günəş altında və yol kənarlarında satılan qarpız və yemişin alınması tövsiyə olunmur. Qarpızı və yemişi kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir: “Qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə və düzgün qaydada saxlanmasına əməl edilməlidir”.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR