XƏBƏR

Qanın bu göstəriciləri ölüm riskini təyin edir

date 6 Dekabr 2019

Qanın bu göstəriciləri ölüm riskini təyin edir

Qan testi ilə bir insanın nə qədər yaşayacağını müəyyən etmək mümkündür.

e-tibb.az-ın xəbərinə görə, alimlər qanın parametrləri ilə insan ömrünün uzunlunluğunu müəyyənləşdirməyin mümkün olduğunu açıqlayıblar.

Klivlend Universitetinin Klivlend Klinikasının mütəxəssisləri immunoloji statusun və iltihabın klinik göstəricilərini öyrənən tədqiqat zamanı 12 il ərzində milli Sağlamlıq və qida müayinəsi (NHANES) proqramının 31 mindən çox iştirakçısını izləyiblər. Müşahidə olunanların yaşından, digər qan göstəricilərindən, risk faktorlarından asılı olmayaraq, limfositlərin səviyyəsi ilə ölüm arasında aşkar bir əlaqə olduğu görünüb.

Bu 3 parametr əsasında alimlər bir insanın ölüm riski profilini qura bilirlər. Belə məlum olur ki, aşağı profilli bir insan, yüksək profilli şəxsdən on il daha uzun yaşaya bilər.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR